“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib.
Eləcə də bax: “Zaminbank”ın sabiq rəhbərinin əmlakları müsadirə olunub - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, iş üzrə şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.
Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır.
Qeyd edək ki, Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.