Sosial şəbəkələrdə yeni dələduzluq üsulu yayılıb.
FED.az xəbər verir ki, bir çox sosial media platformasında ödəniş qarşılığında Bank və bank olmayan kredit təşkilatlarına olan borcların silinməsi kimi xidmətlər təklif olunur. Bu cür elanları fırıldaqçılıq kimi hesab edənlərlə yanaşı, inanıb aldananlar da var.
İqtisadçı Ruslan Atakişiyev deyir ki, bu cür hallar insanları aldatmağa yönəlmiş dələduzluq növüdür. Kredit borcunun silinməsi yalnız qanunvericiliyə uyğun olaraq həyata keçirilə bilər .
Daxili İşlər Nazirliyindən deyilir ki, kredit borclarının silinməsi kimi fırıldaqçılıq halları son zamanlar geniş yayılıb. Vətəndaşlardan diqqətli olmaları xahiş edilir.
Qurumdan o da qeyd olundu ki, müraciətlər əsasında həmin şəxslərin müəyyən olunması istiqamətində tədbirlər mütəmadi olaraq aparılır.