“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının sabiq xəzinədarı Cəfər Sadıqzadəyə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Eləcə də bax: Bankdan 563 min manatı mənimsəyən sabiq xəzinədarın - Məhkəməsi Başlayıb
FED.az xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Sadıqzadə Cəfər Ceyhun oğlu 2021-ci il aprelin 20-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla C.Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilən kassadan ümumilikdə 563 min manat və 1 300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra C.Sadıqzadə şübhəli şəxs qismində tutulub.