Maliyyə Bazarlarına Nəzarət Palatası “AlpenFood” MMC-nin barəsində inzibati protokol tərtib edib.
FED.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi protokola əsasən, şirkəti 2 669 ABŞ dolları məbləğində cərimə edib.
Eləcə də bax: Azərbaycanda şirkət - 20 MİN MANAT CƏRİMƏLƏNDİ
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
“AlpenFood” MMC Ukraynadan “Alpenfood” nişanlı bitki-kərə qarışıqlı yağı (spred) idxal edir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilib. Palata protokolu ləğv olunmazdan əvvəl tərtib edib.