Banner

Hüquq

Xidmət müqaviləsilə işləyənlərə - BAYRAM HƏDİYYƏSİ

Xidmət müqaviləsilə işləyənlərə - BAYRAM HƏDİYYƏSİ | FED.az
11:58 3 Yan 2019

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa ötən ilin sonlarında edilmiş əsas dəyişikliklərdən biri - sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının yeni tutulma qaydası gələn ildən qüvvəyə minəcək. 

FED.az xəbər verir ki, ekspert Qalib Toğrul bildirib ki, bu daha çox xidmət müqaviləsi ilə işləyənlərə aidiyyəti olan sığorta haqqıdır: “Milli Məclisin qəbul etdiyi “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulurdu ki, belə şəxslər minimum əmək haqqının 25 faizi miqdarında, hazırda qüvvədə olan 130 manat minimum əmək haqqı nəzərə alınmaqla 32.50 manat, tikinti və ticarət sahəsində çalışanlar isə 65 manat ödəsinlər. Dəyişikliklərdə xidmət müqaviləsilə işləyənlərə münasibətdə bu sosial ödənişlə bağlı məbləğ artırılmaqla yanaşı, ölkə üzrə vahid ödəniş faizi və qaydası təklif olunur, regional fərqlər aradan qaldırılırdı.

Eləcə də bax: Bakıda ən çox iş yeri və yüksək maaş olan - RAYONLAR MƏLUM OLUB

Lakin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi ““Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nda keçid müddəaları nəzərdə tutulub. Keçid şərtlərində qanunun haqqında danışdığımız müddəasının 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulub”.

Bəs, həmin şəxslər sosial sığorta haqlarını hansı qaydada ödəyəcəklər? Qalib Toğrul bidlirib ki, Prezidentin təsdiq etdiyi qanunda nəzərdə tutulur ki, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödənilsın.  Ekspert saytımıza bildirib ki, belə fiziki şəxslər 1 yanvar -31 dekabr 2019-cu il aralığında ödənişləri köhnə qayda ilə edəcəklər: “ Ticarət və tikinit sahəsində dəyişikliklərdə təklif olunan sığorta haqqı məbləği köhnə məbləğlə eyni olduğundan, onlar 65 yenə manat ödəyəcəklər. Ancaq  digər sahələrdə sahibkarlıq fəaliyyətilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsilə işləyənlər üçün respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır.

Belə şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15.60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər”.

Ekspert bir maraqlı məqama da toxunub ki, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi qaydası bir il ərzində artıq “Sosial sığorta haqqında” Qanunda olmayan müddəalarla, qanunun köhnə redaksiyasının 14-cü maddəsinin 4-cü hissəsi ilə tənzimlənəcək. (Mks.az)

Digər xəbərlər

Banner