Xəzər TV öz əməkdaşlarının səhvi üzündən UNEC-in 2 tələbəsinə vurmuş ziyanı ödədi.
FED.az Banker.az-a istinadən məlumat verir ki, tələbələrin təqaüdləri qaytarıldı.
Eləcə də bax: Azərbaycanın ali təhsil ocağı öz kriptovalyutasını - BURAXA BİLƏR
Bildirək ki, UNEC-də ilk dəfə olaraq tələbələrə “Smart tələbə kartı” verilməsinə başlanılıb. Bununla bağlı media orqanları və kanallar universitetə gəlib məsələni işıqlandırdılar. Həmin vaxt şəkildən də göründüyü kimi Xəzər TV iki tələbənin kartının həm önünü, həm arxasının şifrəsini senzuralamadan kadra alıblar. Nəticədə bir tələbənin kartından 22 manat, digərindən isə 210 manatdan artıq pulu çəkilib.
Sosial mediadan verilən məlumata görə, Xəzər TV buna görə də tələbələrin təqaüdünü geri qaytarıb.