“Bank Melli İran”ın Bakı filialı bağlanmış banklardakı pullarını Əmanətlərin Sığortalanması Fondundan almaq niyyətindədir. FED.az xəbər verir ki, bununla bağlı İran bankı fondu bir neçə maddə üzrə məhkəməyə verib.
Eləcə də bax: İki sığorta şirkəti məhkəmədə çəkişir
Bakı Apellyasiya Məhkəməsində baxılan iddiaya görə, “Bank Melli İran” ləğv prosesində olan «AtraBank» ASC-nin “Bank Melli İran” Bakı filialına olan borcun əvəzi kimi girovda olan əmlakın təqdim olunması və bu yolla tutumanın yönəldilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması”nı istəyir.
Eləcə də bax: Azərbaycanlı məmur özü barədə məlumatlardan narahat olub
Digər iddiada isə oxşar tələb ləğvetmə prosesində olan «Texnikabank»la bağlı qaldıılıb. İran bankı istəyir ki, əmlakların təqdim olunması və tutmanın yönəldilməsi vəzifələri “Texnikabank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun.
Eləcə də bax: Türkiyə öz qızıllarını ABŞ-dan çıxartdı - MƏBLƏĞLƏR
Xarici bank ADİF-dən pullarını pullarını istəyir
09:12
23 Aprel 2018