Mayın 10-da Səbail Rayon Polis İdarəsinə “Kharabagh International Trade” MMC şirkəti ilə bağlı kütləvi şikayət daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 23 nəfər həmin şirkətin əməkdaşları S. Eminov, M. Məmmədalızadə və N. Aslansoy tərəfindən aldadıldıqlarını bildiriblər.
Belə ki, vətəndaşlar şirkətin Murtuza Muxtarov küçəsində yerləşən ofisində Koreyadan avtomobil gətirtmək üçün MMC əməkdaşları ilə sövdələşdiklərini və ödəniş etdiklərini, lakin geridə qalan 2 il ərzində avtomobillərin gətirilməməsini, verdikləri pulların isə geri qaytarılmadığını qeyd ediblər.
Şikayətçilər “Kharabagh International Trade” MMC-yə ümumilikdə 100 min manat ödəniş etdiklərini bildiriblər. Belə ki, şikayətçilər arasında şirkətə 1500, 5000, 30 000 və digər məbləğlərdə pul verənlər var.
Müraciətlə bağlı araşdırma aparılır.