Xaçmazda ticarət mərkəzində 92 min manat mənimsənilib.
12 şirkətin sahibləri milyon manatlıq vergini gizlədiblər - HƏBS EDİLDİLƏR
FED.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirir.