Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
DTX-nin saxladığı Madat Babayana - 4 AYLIQ HƏBS VERİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokurorun ittiham nitqi ilə çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.
***
Prokuror V.Xaçatryanın sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqisirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxs təyin cəzasının bir hissəsini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.