Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.
FED.az xəbər verir ki, DİN Mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.