Hüquqi şəxs ona məsus olan obyektini digər hüquqi şəxsə icarəyə verərkən icarə haqqından yaranan vergini kim ödəməlidir? Qarşılıqlı razılığa əsasən bu vergini icarəyə götürən hüquqi şəxs ödəyə bilərmi?
Eləcə də bax: «Novostroyka»lardan tutulan vergi artacaq – «BU VARİANT DAHA ƏDALƏTLİDİR»
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Ümumilikdə isə, vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.