Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir
Anar Bağırov: "Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil"
FED.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
A.Bağırov bildirib ki, Bakıda Vəkillər Kollegiyasının hesabına yeni bina inşa ediləcək:
"Hazırda Gəncə Şəhər Prokurorluğunun keçmiş binası bizə verilib. "Bakı Abadlıq Xidməti" MMC paytaxtda Vəkillər Kollegiyasının yeni binasını inşa edəcək. Bu işlər Vəkillər Kollegiyasının maliyyəsi hesabına həyata keçiriləcək". (Report)