Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
Bu barədə FED.az-a Vəkillər Kollegiyasından məlumat verilib. Məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.
Vəkillər bir günlük pulsuz xidmət göstərəcək
11:24
28 İyul 2018