“PASHA Holding”in ekosistem sahəsi üzrə ixtisaslaşan şirkəti, “Umico”nun sahibi “Competo” bir neçə şirkətə qarşı kommersiya iddiası qaldırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Competo” MMC Bakı Kommersiya Məhkəməsinə dörd yerli şirkətlə bağlı məhkəmə iddiası qaldırıb.
Eləcə də bax: “Optimal Elektronika” - CƏRİMƏLƏNİR
Bunlar, “MZ Group Azərbaycan” MMC, “Baladchi Tour Services” MMC, “Avand” Firması və “Seven Days” MMC barəsində kommersiya məhkəməsinə müraciət edib.
“Competo”nun iddiası müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olub.
“MZ Group Azərbaycan” şirkəti Azərbaycanda mağazaçılıq sahəsində 1997- ci ildən etibarən fəaliyyət göstərir. “Uspolo Assn”, “Cacharel”, “Hummel”, “Monica Ricci”, “BYTshoes” və “New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur. Eyni zamanda “BYT shoes” markasının və mağazalar şəbəkəsinin sahibidir.
“Competo” şirkət 2018-ci ilin sentyabr ayında təsis edilmişdir. Baş ofisi Bakıda yerləşir. 2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmət olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb.