Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendum gələn ilin martında keçirilə bilər.
Bunu Ankarada jurnalistlərə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, referendum bu məsələ ölkə parlamentində həll olunmayacağı təqdirdə keçiriləcək.
Növbədənkənar parlament seçkilərinə gəlincə, Baş nazir qeyd edib ki, növbədənkənar seçkilər keçirilməyəcək.
B.Yıldırım əlavə edib ki, 2019-cu ildə Türkiyədə parlament, prezident və bələdiyyə seçkiləri keçiriləcək.