Türkiyədə zəlzələ zamanı uçan binalarla bağlı həbs olunan podratçıların sayı artıb.
Türkiyədə dağılan binaları tikmiş daha bir - LAYİHƏ RƏHBƏRİ HƏBS EDİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hatayda “Huzur” binasının podratçısı Yıldıray Varkinin həbs olunması ilə ümumilikdə həbs olunan podratçıların sayı 134-ə çatıb.
Məlumata görə, bir gün əvvəl İstanbulda saxlanılaraq məhkəməyə aparılan Varki barəsində həbs qərarı verilib.
Qeyd olunur ki, Varkinin Adıyamanda podratçısı olduğu binanın uçması nəticəsində çox sayda insan həlak olub.