Türkiyənin Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb.
Türkiyə öz mesajlaşma proqramını təqdim edəcək
İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib.
FED.az xəbər verir ki, holdinqin tərkibində olan “Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə edilib.
Həmçinin 10 nəfər barəsində həbs qərarı verilib. Onların arasında “Can Holdinq”in rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da var.
Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar. (Apa)