Türkiyə polisi maliyyə cinayəti təşkilatlarına qarşı əməliyyatlar həyata keçirib.
Şirkətin xəzinədarının 163 min manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə başlayır
FED.az xəbər verir ki, “Mahzen-40” adı altında keçirilən əməliyyatlar nəticəsində Türkiyənin 49 vilayətində 127 şübhəli tutulub.
Daxili İşlər Naziri Ali Yerlikaya, sosial media hesabından verdiyi açıqlamada, "Biz mütəşəkkil cinayət təşkilatlarına və kredit şirkətlərinə dözməyəcəyik. Onları bir-bir tutaraq ədalətə təslim etməkdə qərarlıyıq" deyə vurğulayıb.
Yerlikaya bildirib ki, əməliyyatlar zamanı şübhəlilərin sələmçilik, dövlət qurum və təşkilatlarının zərərinə fırıldaqçılıq, fiziki şəxslərə qarşı fırıldaqçılıq, tenderlərdə saxtakarlıq, rəsmi sənədləri saxtalaşdırma və vergi proseduru qanununu pozan cinayətlər törətdikləri müəyyən edilib.