Türkiyə rəhbərliyi İstanbuldan azərbaycanlıların deportasiya oluqnması ilə bağlı yayılan məlumatlarda bağlı açıqlama verib.
Türkiyə səfirliyindən FED.az-a verilən məlumatda deyilir:
«Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunmuşdur. Həmin xəbərlər həqiqəti əks etdirmir.
Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilmiş və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınmışdır».