Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 164 səyyar monitorinq həyata keçirilib.
Eləcə də bax: Obyektlərin tikintisinə icazə alınması – QAYDASI DƏYİŞİR
FED.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6382, monitorinq edilmiş işəgötürənlərin sayı 314 olub.
Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,9% təşkil edib.
Monitorinqlərin keçirilməsindən sonra yoxlanılmış işəgötürənlər üzrə imzalanmış müqavilə sayı 87 933 olub.