"Azar-Tİ" MMC direktoru Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi başlanıb.
FED.az xəbər verir ki, R.Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda günahlandırılır. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Dəyən ziyan 100 min manatdan çoxdur.
R.Qazaxlı barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, "Azar-Tİ" MMC tikinti şirkətidir.
Apa