Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə, öz-özünü müdafiə edə biləcəklər.
Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaya görə cərimələr dəyişir
FED.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual və Mülki Məcəllələrə dəyişiklik təklif edilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, vəkil hərbi xidmət qulluqçusu olduqda, ona xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, tutulduqda və ya qətimkan tədbiri qismində həbs tətbiq edildikdə və mənafeləri arasında ziddiyyət mövcud olan təqsirləndirilən şəxsdən biri olduqda müdafiəçidən imtina edə və öz-özünü təmsil edə biləcək.
Mülki Məcəlləyə təklif edilən dəəyişikliyə əsasən, eyni imtiyaz kassasiya instansiyası məhkəməsində də şamil ediləcək.