Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.
Tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənirmiş - Cinayət işi başlandı
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.