Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.
Bakıda maşın nömrələrini oğurlayan dəstə saxlanıldı - FOTO - VİDEO
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DTX-nin yaydığı informasiyaya əsasən, müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.