Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
FED.az "E-huquq.az"a istinadən xəbər verir ki, şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib.
Eləcə də bax: Prokuror bankın vəzifəli şəxslərinə - CƏZA İSTƏDİ
Bundan başqa, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.