2020-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, ilin 4 ayında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olub. Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaların pozulmasına görə, 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.