İyulun 14-də Sumqayıt şəhər sakininin bank kartlarından ümumilikdə 3 340 manat vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə FED.az-a DİN Mətbuat Xidmətindən bildirilib.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Z.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.