Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Star Express" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
FED.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 3750 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Eləcə də bax: Azərbaycanda gübrə istehsal edən şirkət - CƏRİMƏLƏNİB
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarından MMC-nin direktoru tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Star Express" şirkəti həm ölkədaxili, həm da beynəlxalq poçt bağlamarının daşınmasını həyata keçirir.