“Space” televiziyasında maliyyə yoxlamaları aparılır.
Eləcə də bax: "Space" telekanalının sahibi: "Vaqif Mustafayev özü getməyib, işdən çıxarılıb"
FED.az xəbər verir ki, kanalın sabiq rəhbəri Vaqif Mustafayevin işlədiyi dövr araşdırılır.
Belə ki, televiziyanın Mühasibatlıq şöbəsində audit yoxlaması başlayıb. V.Mustafayevin dövründə aparılan maliyyə əməliyyatları, reklamlardan gələn gəlirlərin miqdarı və istifadəsi yoxlanılır.
Qeyd edək ki, bu ilin fevral ayında kinorejissor Vaqif Mustafayev vəzifəsindən azad edilib. (Unikal)