Vergilər Məcəlləsinə dəyişiklik təklif olunur.
FED.az-ın məlumatına görə, qüvvədə olan qanuna əsasən, “Sosial sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və məcburi dövlət sosial sığortasının vəsaitlərinin cəmləşdiyi vahid fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür.
Təklif edilən dəyişikliyə əsasən, həmin məbləğin 7%-i dövlət büdcəsinə köçürüləcək. Başqa sözlə, “Sosial sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və məcburi dövlət sosial sığortasının vəsaitlərinin cəmləşdiyi vahid fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50%-i deyil, 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Apa