Bu gün Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində söküntü işləri ilə bağlı vətəndaşlar tərəfindən fərdi müraciətlər olur.
Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir - VİDEO
FED.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində keçirilən “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiyasında Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov deyib.
O, Konstitusiya Məhkəməsinin bununla bağlı qərarının olduğunu diqqətə çatdırıb: “Söküntü prosesində kompensasiya, vətəndaşın mülkiyyət hüququnun qorunması məsələsi bizim qərarda öz əksini tapıb”.
Şöbə müdiri pensiya təminatı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına da diqqət çəkib: “Əmək pensiyaları haqqında” qanunda doğma ana ilə ögey ana arasında qeyri-bərabərlik mövcud idi. Qanunvericilik orqanına tövsiyə olundu ki, bu, qeyri-bərabərlik aradan qaldırılsın. Biz bu məsələlərə hər zaman diqqət yetiririk”. (Modern.az)