Dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Run Group” şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib. (Apa)