Polis Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş malları oğurlamağa cəhd edən şəxsləri saxlayıb.
Eləcə də bax: 2 milyonluq qanunsuz istehsala görə vəzifəli şəxslərə - Cinayət İşi Açılıb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.