Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Eləcə də bax: Daha bir tikinti şirkəti - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.