Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.
Səfərbərlik Xidmətinin şöbə rəisi - SAXLANILDI
FED.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.
Qeyd edək ki, idarə əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində əməliyyat keçirilib, şöbə rəisi saxlanılıb. )