Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, Səbail Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlanılıb.
Naxçıvanda dövlət əmlakını mənimsəməyə görə - CİNAYƏT İŞİ BAŞLANILIB
FED.az xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyirb.
Məhkəmə yerində müşavirə edərək işin məhkəmə baxışına verilməsi barədə qərar verib.
İş üzrə məhkəmə prosesi yanvarın 25-nə təyin edilib.
İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Xatılradaq ki, Hüseynov Əhməd Həsən oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.
İş üzrə zərərin 1 milyon manatdan çox olduğu bildirilir.
Qeyd edək ki, Əhməd Hüseynov uzun müddət Səbail Bələdiyyəsinin sədri olub. (Trend)