Sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib.
Saytlara maliyyə dəstəyinin məbləği 3 min manatdan 5 min manata, minimum maaş isə 600 manatdan 800 manata qaldırıldı
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.
Belə ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.









