Gəncədə saxta avtomobil nömrəsi hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sosial şəbəkələrdə haker səhifələri açaraq qadınlardan pul qoparan - ŞƏXS HƏBS EDİLİB
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan FED.az-a verilən məlumata görə, şəhər sakini Asif Yusifov istifadəsiz avtomobil qeydiyyat nişanlarının üzərindəki simvolları pozaraq yenisi ilə əvəz edib. Qanunsuz olaraq avtomobillərin dövlət qeydiyyat nömrəsini hazırlayaraq satıb. Şübhəli şəxsin emalatxanasına baxış keçirilərkən bir neçə dövlət qeydiyyat nömrəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.