Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar məlum olub.
Eləcə də bax: Saxlanılan icra başçısı kim idi - TƏRCÜMEYİ-HALI
FED.az Elektron Məhkəmə Sisteminə istinadən xəbər verir ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
C.Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.
Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onunla birlikdə birinci müavin Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin də məsuliyyətə cəlb edildiyi bildirilir. (Apa)