Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
FED.az xəbər verir ki, BŞBPİ-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
Eləcə də bax: Bakıda tanınmış - İŞ ADAMI SAXLANILIB
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.
Qeyd edək ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.
“Report”