Balakəndə keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Eləcə də bax: Obyekt sahiblərinə - 8 Min Manatlıq Cəza
FED.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin obyektin inzibatçısı İbrahim Əliyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Toy sahibi Aydın Mustafayev barəsində isə protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, ötən ay da həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün obyektin sahibi 4 min manat məbləğində cərimə edilmişdi.