Dələduzluqla üzləşdiklərini bildirən Rusiya Federasiyası vətəndaşları Şəki Rayon Polis Şöbəsinə müraciət ediblər.
FED.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Elman Həbibov və 1955-ci il təvəllüdlü Baqdat Daxirov şikayət ərziələrində bildiriblər ki, Şəki sakinləri ortaq biznes adı ilə onların külli miqdarda vəsatini ələ keçirib.
Onlar qeyd ediblər ki, Şəki sakini A.Əkbərov, İ.Yusibov və qardaşı M.Yusibov birgə şadlıq evi tikmək adı ilə müxtəlif vaxtlarda 215 min və 50 min dollar pul alıblar. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, şadlıq evi tikilib istifadəyə verilməyib. Həmçinin verilmiş 265 min dollar vəsait geri qaytarılmayıb.
Müraciətlə bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)