Külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək.
Dövlət Xidmətinin rayon şöbəsində əməliyyat keçirilib, iki vəzifəli şəxs rüşvətə görə saxlanılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəbul olunub.
Belə ki, əvvəlcə iclasda cinayət işi üzrə sənədlər tədqiq olunub.
Daha sonra Raqif Abbasovun vəkili cinayət işi üzrə hesablanmış məbləğlərin yenidən hesablanması üçün mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Proses ekspertiza nəticələri gələnə qədər təxirə salınıb.
Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi əsasında məsuliyyətə cəlb olunublar.
Raqif Abbasov və Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb. (Report)













