Parfümeriya və kosmetika satışı ilə məşğul olan “Sabina” mağazalar şəbəkəsi məhkəməlik olub.
“Sabina” parfümeri - “İDEAL”A SATILDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.
Şirkət az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Sabina”nı inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.
İşə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabın 23-nə təyin olunub.
Qeyd edək ki, “Sabina” mağazalar şəbəkəsi bir müddət əvvəl digər rəqibi “IDEAL” tərəfindən satın alınıb. Qısa müddət sonra isə “IDEAL”ın adı “Adore” olaraq dəyişdirilib.