Rusiya Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimov Fransada saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, S. Kərimov Nitsa şəhərində hava limanında saxlanılaraq polis şöbəsinə aparılıb.
Kərimovun saxlanılma səbəbi hələ ki, açıqlanmır. Rusiyalı diplomatlar onun sərbəst buraxılması istiqamətində işlər görürlər. Rusiya tərəfi bu hadisə ilə bağlı Fransaya etiraz edib və Kərimovun buraxılmasını tələb edib. Rəsmi Moskva xatırladıb ki, S.Kərimovun diplomatik immuniteti var.
Qeyd edək ki, 51 yaşlı biznesmen 6,3 milyard dollar sərvətə sahibdir.