Rusiyanın Kostroma şəhərində 15 nəfərin öldüyü “Poliqon” klubundakı yanğınla bağlı obyektin sahibi, Kostoma dumasının deputatı İxtiyar Mirzəyev saxlanılıb.
Eləcə də bax: Gecə klublarında müştərilərə saxta içkiləri satan mütəşəkkil dəstə saxlanılıb - VİDEO
FED.az xəbər verir ki, bu barədə polisdən məlumat verilib.
İxtiyar Mirzəyev “yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda” maddəsi ilə saxlanılıb.(Apa)