Rusiyanın İrkutsk vilayətinin 38 və 58 yaşlı iki kişi sakini qaçaqmalçılıq və dələduzluq hallarına görə ittiham olunur.
Eləcə də bax: Azərbaycanın Rusiyadan aldığı taxta kəskin - BAHALAŞIB
FED.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, onlar 2012-2014-cü illərdə qanunsuz olaraq Çin, Cənubi Koreya, Özbəkistan, Azərbaycan və Yaponiyaya dəyəri 400 milyon rubldan çox olan taxta-şalban göndərib, eləcə də 2011-2014-cü illərdə vergi orqanlarına saxta sənədlər təqdim edərək 61 milyon rubldan çox əlavə dəyər vergisinin (ƏDV) ödənilməsindən yayınıblar. Təqsirləndirilən şəxslər növbəti dəfə 115 milyon rubl ƏDV-ni ödəməkdən yayınmaq istədikdə Federal Vergi Xidməti bunun qarşısını alıb. Vətəndaşların 44 milyon rubldan çox vəsaitinə həbs qoyulub. (Report)