“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR-la əlaqələndirilməsi, daha əvvəl bildirdiyimiz kimi, tam əsassız bir yalandır”.
FED.az xəbər verir ki, bunu “MQTV” kanalına yazılı açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Eləcə də bax: SOCAR-dan Mübariz Mənsimov - AÇIQLAMASI
O, Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə etmək cəhdində olmadıqlarını bildirib:
“Biz məhkəmələrə müdaxilənin mümkün olmasına inanmırıq. SOCAR Mübariz Mənsimovun həbs edilməsinə səbəb olmayıb. Ümumiyyətlə, bu bizim maraq dairəmizdə deyil. Məhkəmənin ədalətli hökm verəcəyinə inanırıq”.
Abdullayev həmçinin “Palmali”yə qarşı 2018-ci ildə Londonda və Dubayda arbitraj məhkəməsinin qərarı ilə araşdırmalar başladıldığını deyib: “Məqsədimiz odur ki, “Palmali” Azərbaycan dövlətinə olan yüz milyonlarla borcu qaytarsın. Ümid edirik ki, Türkiyədə də onun haqqında ədalətli qərarlar veriləcək”.
Qafqazinfo