Estoniyanın ədliyyə nazirliyi ölkənin data baza üzrə əsas mütəxəssisi sayılan Otto Velsberqə rəsmi müraciət edərək ondan robot məhkəmə hakimi proqramı hazırlamaığ xahiş edib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, «robot hakim» proqramı suni intellektlə işləyəcək və kiçik iddialar üzrə məhkəmə mübahisələrinə baxacaq.
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının bir hissəsini – ROBOTLAR VERMƏYƏ BAŞLAYIB
Nəzərdə tutulur ki, suni intellektlə işləyəcək «robot hakim» hüquqi sənədləri və digər müvafin sənədləri analiz edərək qərar verməlidir. Doğrudur, robotun qərar verdiyi işlərə insan hakimlər də yenidən bax bonu dəyişmək imkanında olacaqlar.
Qeyd edək ki, 1,4 milyn əhalisi olan Estoniya, kiçikliyinə baxmayaraq hökumət funksiyalarının rəqəmsallaşdırılması, rasionallaşdırılması və modernləşdirilməsində böyük uğurlar qazanıb. Bir qədər əvvəl Estoniya «elektron həyat» proqramını işə salıb.
Bu proqram istənilən şəxsə, o cümlədən xaricilərə imkan verir ki, dünyanın istəniən yerindən Estoniyanın hökumət xidmətlərinə çıxış əldə etsin. Bu proqramın elekton imzalı «smart-kart»ı yeni nəsil dövlət indektifikatoru sayılır.
Eləvə də bax: «Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır» - MÜSAHİBƏ
Estoniyada dövlət xidmətlərində süni intellektin tətbiqi ilk dəfə deyil. Hökumət indiyə qədər də süni intellektdən geniş istifadə edib. Belə ki, indiyədək peyk şəkilləri süni intellkt tərəfindən analiz edilir və torpaqlarda görülən işlərin subsidiya sistemi üzrə qaydalara uyğun olub olmadığı yoxlanılır. Bundan başqa, sistem işdən çıxan işçilərin SV-lərini analiz edib, vakansiya sistemində onlara uyğun iş yeri axtarır.
Qeyd edək ki, xüsusi proqram nəticəsində məhkəmə qərarlarının verilməsinə Azərbaycanda artıq başlanılıb. Təkcə bu ilin əvvəindən indiyədək bir neçə yüz məhkəmə qərarı robotlar tərəfindən verilib.
«Robot məhkəmə hakimləri» gəlir - YENİLİK
10:20
15 İyul 2019